`Şagirdə dedim ki, səndən də dəliyəm` – Tarix müəlliməsi ittihamlara cavab verdi


20:35     08 İyun 2017 353921.jpg


Şagirdi döyməkdə ittiham olunan müəllimə hadisə ilə bağlı açıqlama verib.


Göyçay şəhər 5 saylı orta məktəbin tarix müəlliməsi Aytəkin Mikayılzadə Femida.az -a bildirib ki, məsələ olduğundan daha çox şişirdilib.

“ Mən 20 ildir ki, müəllimə işləyirəm. Uşağı da döyməmişəm. Sadəcə olaraq məni çox əsəbləşdirdi. Mən də ona dedim ki, özünü nə dəliliyə qoymusan. Mən səndən də dəliyəm. Bu sadəcə olaraq anlaşılmazlıq oldu. Həmin uşağın valideyni bir az əsəbidir. Bunu tanıyan hər kəs bilir.”

Müəllimə həmçinin qeyd edib ki, artıq onunla valideynlər arasında narazılıq həll olunub.

Xatırladaq ki, Göyçay rayon sakini Fəxriyyə Xasməmmədova saytımıza müraciətində 11 yaşlı qızının tarix müəlliməsi tərəfindən döyüldüyünü və təhqir olunduğunu iddia etmişdi.


Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 4577


Oxşar xəbərlər